:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Zaxarova: “Rusiya və Azərbaycan arasında yüksək səviyyədə dialoq var”

Font

"Rusiya və Azərbaycan arasında yüksək səviyyədə dialoq var”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O bildirib ki, 2019-cu ildə Azərbaycan və Rusiya Prezidentləri Pekində və Soçidə görüşüblər.

"Noyabrın 20-25-də isə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfəri gerçəkləşib. İki ölkə arasında hökumətlər, parlamentlər və ictimai təşkilatlar səviyyəsində də sıx münasibətlər qurulub. Qarşılıqlı ticarət dövriyyəsinin həcmi artır. Xatırladaq ki, 2018-ci ilin yekununa görə, ticarət dövriyyəsinin həcmi 14 faiz artaraq 2,5 milyard dollar olub. Bu ilin yanvar-sentyabr ayları ərzində isə ticarət dövriyyəsinin həcmi 26 faiz artaraq 2,2 milyard olub. İki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya səmərəli fəaliyyət göstərir. Komissiyanın növbəti iclasının dekabrda Bakıda keçirilməsi planlaşdırılır. Rusiya ilə Azərbaycan arasında mədəni və humanitar sahələrdə də əlaqələr uğurla inkişaf edir. 2019-cu il Azərbaycanda rus mədəniyyət günləri uğurla keçib. 2020-ci ildə isə Rusiyada Azərbaycan mədəniyyət günləri keçiriləcək”, - deyə XİN nümayəndəsi vurğulayıb.

M. Zaxarova Rusiya XİN başçısı Sergey Lavrovun Bakıda keçirəcəyi danışıqlarda MDB, BMT, ATƏT, Qoşulmama Hərəkatı, Avropa Şurası, QDİƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə baxılacağını vurğulayıb: "Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri daxil olmaqla regional təhlükəsizlik məsələlərinə diqqət ayıracaqlar”.