:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

“Vişeqrad qrupu”: Azərbaycan Avropa İttifaqı üçün strateji önəm daşıyır

Font

Azərbaycanda səfərdə olan "Vişeqrad qrupu” (Polşa, Çexiya, Slovakiya və Macarıstan) ölkələrinin Xarici İşlər nazirliklərindən (XİN) olan nümayəndə heyətinin iştirakı ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) dəyirmi masa keçirilib.

Mərkəzin sədri Fərid Şəfiyev "Vişeqrad qrupu”nun beynəlxalq münasibətlərdə vacib rol oynadığını bildirib. 

Çex Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi David Koneçki təşkilat barədə məlumat verib. D. Koneçkinin sözlərinə görə, "Vişeqrad qrupu” əsasən qonşuluqda olan dövlətlərlə və Qərbi Balkan ölkələri ilə münasibətlərə diqqət yetirir.