:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Moskvada MDB İqtisadi Şurasının 84-cü iclası keçiriləcək

Font

Dekabrın 6-da Moskvada Müstəqil Dövlətlər Birliyi İqtisadi Şurasının 84-cü iclası keçiriləcək.

İclasa Türkmənistan sədrlik edəcək.

Gündəliyə MDB ölkələrinin iqtisadi sahədə qarşılıqlı əlaqələrinin geniş spektri daxildir.

Əsas müzakirə mövzusu Müstəqil Dövlətlər Birliyinin 2030-cu ilədək iqtisadi inkişaf strategiyasının layihəsidir. Bu sənəd qlobal iqtisadi proseslərin dinamikasının təhlili, eləcə də Birlik ölkələrinin inkişaf potensialı əsasında MDB ölkələrinin qarşıdakı on il üçün iqtisadi inkişafının hədəflərini və vəzifələrini, iqtisadiyyat sahəsində qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini müəyyənləşdirmək üçün nəzərdə tutulub.

Bundan əlavə, iclas iştirakçıları bir sıra digər maliyyə və təşkilati məsələləri müzakirə edəcəklər.

Qeyd edək ki, MDB İqtisadi Şurasının iclasları rübdə bir dəfə keçirilir.