:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Rusiya Baş Qərargah rəisi və NATO-nun Hərbi Komitəsi sədrinin Bakıda görüşü olub

Font

Bu gün Bakıda Rusiya Federasiyası Silahlı Qüvvələrin Baş Qərargah rəisi - Müdafiə nazirinin birinci müavini ordu generalı Valeri Gerasimov və NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piç arasında görüş olub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, görüşdə Rusiya-NATO təmas xəttində insidentlərin qarşısının alınması, habelə hərbi ekspertlər arasında dialoqun bərpasının perspektivləri müzakirə olunub.

"Tərəflər Avropanın təhlükəsizliyinə dair fikir mübadiləsi aparıb, NATO-Rusiya təmas xəttində insidentlərin qarşının alınması üçün mümkün tədbirləri, o cümlədən hərbi ekspertlər arasında dialoqunun bərpasının perspektivlərini, həmçinin böhranlı bölgələrdə vəziyyəti müzakirə ediblər”, - deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.