:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ağdamda Rəmişin 75 illik yubileyi qeyd olunub

Font

Ağdamın Quzanlı qəsəbəsində yerləşən Muğam Mərkəzində məşhur gitara ustası, Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) 75 illik yubileyi qeyd edilib. 

Yubiley tədbiri Xalq artisti Mənsum İbrahimovun təşəbbüsü, Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub.

Yubiley mərasimində rayon ictimaiyyəti, ziyalılar, mədəniyyət işçiləri iştirak ediblər.

Tədbirdə Rafiq Hüseynovun həyat və yaradıcılığı barədə məlumat verilib.

Yubiley tədbirində Xalq artisti Mənsum İbrahimov, xanəndələr Təyyar Bayramov, Cabir Abdullayev, Elnur Zeynalov və digərlərinin, habelə "Şur" və "Qarabağ" instrumental ansambllarının ifasında muğam, təsnif və xalq mahnıları səsləndirilib.