:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

AVRO-2020-də Rusiyanı Şotlandiya əvəzləyə bilər

Font

AVRO-2020-nin final mərhələsində Rusiyanı yığmasını əvəzləyə biləcək komanda müəyyənləşib.

WADA tərəfindən ağır sanksiyalarla üzləşəcəyi gözlənilən şimal qonşumuz qitə çempionatına buraxılmasa, Şotlandiya millisinin yarışa yolu açılacaq.

Böyük Britaniya mətbuatının belə bir iddia ilə çıxış etməsi əsassız deyil. Şotlandiyanın seçmə mərhələdə Rusiya ilə eyni qrupda mübarizə aparıb 3-cü olması belə ehtimal yaradıb.

Qeyd edək ki, WADA-nın Uyğunluq üzrə Komitəsi Rusiyanı 4 il müddətində bütün yarışlardan xaric olunmasını tövsiyə edib. Lakin rusiyalılar yarışın FİFA deyil, UEFA bayrağı altında keçirilməsinin hər hansı bir təhlükə gözləməmək üçün yetərli sayır.