:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Lavrov: “ABŞ Suriya ərazisinin bir hissəsini qoparmaq istəyir”

Font

"ABŞ Suriyada, Fərat çayının şərq sahilində əraziləri ayırmağa çalışır və orada kvazidövlət yaratmaq üçün əlindən gələni edir”.

"RİA Novosti” verdiyi xəbərə görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov II Paris sülh forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ABŞ Körfəz ölkələrindən Suriya demokratik qüvvələrinin, kürd qruplaşmalarının əsasında yerli administrasiya yaratmaq üçün böyük investisiyalar barədə xahiş edir: "Burada məqsəd Suriyanın bu hissəsini qoparmaqla, oradakı neft yataqlarını nəzarətdə saxlamaqdır”.