:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Noyabrın 9-da “ASAN xidmət” və “ASAN Kommunal”da qeyri-iş günüdür

Font

9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar "ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, vətəndaşlar 10 noyabr tarixindən "ASAN xidmət”, 11 noyabr tarixindən isə "ASAN Kommunal” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

"ASAN Kommunal” mərkəzlərində bazar günü qeyri-iş günüdür.

Hazırda 15 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 "ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.