:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Azərsu" sədri: "Abşeronun fasiləsiz su təminatı göstəricisi 30 faizdən 81,5 faizə çatdırılıb"

Font

"Abşeron yarımadasında fasiləsiz su təminatı ilə bağlı böyük işlər həyata keçirilib. Artıq yarımadada fasiləsiz su təminatı göstəricisi 30%-dən 81,5%-ə çatdırılıb".

Bunu Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən ənənəvi mətbuat konfransında "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib.

Onun sözlərinə görə, 27 qəsəbədə, 40 ünvanda fasiləsiz su təminatı ilə bağlı layihələr həyata keçirilib. Bunun üçün isə 270 km yeni su xətti çəkilib: "Abşeronun çoxlu sayda dayanıqlı su mənbələri var. Əsas ağırlıq sutəmizləyici qurğular üzərindədir".