:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Lavrov: “Azərbaycanla Ermənistan arasında saxlanılanların mübadiləsi məsələsində nikbinlik azdır”

Font

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycanla Ermənistan arasında humanitar tədbirlərin həyata keçirilməsinə münasibət bildirib.

Rusiya XİN başçısı ATƏT baş katibi Tomas Qremingerlə görüşünün yekunlarına dair birgə mətbuat konfransında deyib ki, saxlanılanların mübadiləsi məsələsində nikbinlik azdır.

"Ümid edirik ki, bu, baş verəcək”, - deyə o vurğulayıb.

Rusiya XIN başçısı bu ilin aprelində Moskvada ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşün keçirildiyini və bu görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan və Ermənistan arasında humanitar tədbirlərin keçirilməsini ətraflı müzakirə edildiyini söyləyib.

"Çox açıq müzakirələr getdi. Həlak olanların meyitinin və saxlanılanların mübadiləsini, habelə jurnalistlərin qarşılıqlı səfərlərini müzakirə etdik”, - deyə S. Lavrov qeyd edib.

"Bu kimi bəyanatlar yəqin ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan işə kömək etmir".

Bunu da Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in baş katibi Tomas Qremmingerlə görüşünün yekunlarına dair birgə mətbuat konfransında Ermənistan müdafiə naziri David Tonoyanın "Dağlıq Qarabağ məsələsi həll olunub" bəyanatı ilə bağlı suala cavabında deyib.

Nazir bildirib ki, hər iki tərəfdən səslənən emosional bəyanatlar işə kömək etmir: "Mövqeləri yaxınlaşdırmaq və güzəşt əldə etmək üçün həmsədrlərin davamlı səyləri lazımdır".

"Lavrovun da dediyi kimi, ötən payızdan bəri danışıqlarda müsbət dinamikanı müşahidə etmişik. Mən deyərdim ki, ola bilsin, danışıqlar nisbətən yavaşıyıb. Lakin biz ümid edirik ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Bratislavada ATƏT Nazirlər Şurasının görüşü çərçivəsində keçirilməsi planlaşdırılan görüşündən sonra müsbət dinamika güclənəcək".

Bunu isə ATƏT-in Baş katibi Tomas Qremminger Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşünün yekunlarına dair keçirilən birgə mətbuat konfransında deyib.

"Biz məmnuniyyətlə müsbət məqamı izləyirik, hər iki tərəf sakit və stabil vəziyyəti saxlamağa davam edir. Bu, təmas xəttində olan həm mülki vətəndaşların həm də döyüşçülərin həyatı təhlükəsizliyi üçün vacibdir", - deyə baş katib qeyd edib.

Tərəflər arasında etibarın yaradılmasına gəlincə, baş katib bu istiqamətdə müəyyən addımlar atıldığını deyib: "Lakin jurnalistlərin qarşılıqlı səfərləri, saxlanılanların dəyişdirilməsi kimi etibar yaradacaq addımlar hələ ki, reallaşdırılmayıb. Ümid edirəm ki, gələcəkdə bunlar da reallaşacaq".