:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Aptekdən 7000 manat pul oğurlayıb- 17 yaşlı oğlan

Font

Bakıda 17 yaşlı gənc aptekdən pul oğurlayıb.

Hadisə oktyabrın 25-də, gecə saatlarında paytaxtın Binəqədi rayon, Süleyman Sani Axundov küçəsində baş verib.

Belə ki, Bakı şəhər sakini F.Həsənova məxsus aptekə gizli yolla daxil olmaqla qeyri-aşkar şəraitdə kassadan 7000 manat pul oğurlanıb. Daha sonra F.Həsənov hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü R.Dadaşzadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.