:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

MDB İcraiyyə Komitəsinin sədri: "Beynəlxalq münasibətlərdə yüksək münaqişə potensialı qalmaqdadır"

Font

"MDB məkanında ölkələrin ümumi və milli təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə səlahiyyətli orqanlar arasında əməkdaşlıq və koordinasiyanın inkişafına xüsusi diqqət yetirilir. Bu inteqrasiya sahəsi həm iştirakçı dövlətlərin, həm də ümumilikdə, Birliyin sabitliyini qorumaq üçün mühüm amil olaraq qalmaqdadır".

Bunu Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsinin sədri Sergey Lebedev təşkilata üzv ölkələrin Müdafiə Nazirləri Şurasının Bakıda keçirilən iclasında deyib.

"Dünyadakı vəziyyət yaxşılığa doğru dəyişməyib. Beynəlxalq münasibətlərdə yüksək münaqişə potensialı qalmaqdadır. Tanıdığımız bəzi ölkələr strateji təhlükəsizlik sahəsindəki razılaşmaları pozaraq beynəlxalq işlərdə güc diktaturası siyasətini davam etdirirlər, silahları kosmik məkanda yerləşdirmək cəhdlərini davam etdirirlər. Birliyimizin qərb sərhədlərinə yaxın ərazilərdə NATO-nun hərbi infrastrukturunun artması və aktivliyi xüsusi narahatlıq doğurur", - S.Lebedev bildirib.

Onun sözlərinə görə, müdafiə nazirlərinin hər görüşü MDB ölkələrinin hərbi əməkdaşlığının genişləndirilməsində ümumi maraqlarını nümayiş etdirir: "Buna əyani sübut bugünkü iclasın 20-dən çox məsələni əhatə edən çoxşaxəli zəngin gündəliyidir".

MDB İcraiyyə Komitəsinin rəhbəri həmçinin MDB-yə sədrliyin Özbəkistana keçdiyini və MDB-nin dövlət başçılarının növbəti sammitinin gələn ilin oktyabr ayında məhz bu ölkədə keçiriləcəyini diqqətə çatdırıb.