:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Gəncədə yol qəzasında ölən tələbələrin adları məlum olub - FOTO

Font

Gəncədə yol qəzasında ölən gənclərin adları məlum olub. 

APA-nın yerli bürosunun məlumatına görə, onlar - 2000-ci il təvəllüdlü Bayramlı İkram Arif oğlu və onun yaşıdı Məmmədli Eldar Kərim oğludur.

Qeyd edək ki, qəzada ölənlərin hər ikisi Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələridir. Qəzaya yüksək sürət səbəb olub. Qəzada dünyasını dəyişən tələbələrdən biri Tərtər, digəri Saatlı sakinidir.

Faktla bağlı araşdırma aparılır. 

*****

02:34

Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106” markalı minik avtomobili ilə "Lada Priora” markalı minik maşını toqquşub. Zərbənin gücündən sonuncu avtomobil ağaca çırpılıb. 

Qəza nəticəsində "Lada Priora”da olan iki sərnişin ölüb. bir nəfər xəsarət alıb. İlkin məlumata görə, dünyasını dəyişənlər tələbə olub.

DYP əməkdaşları hadisə yerinə cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.