:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

ETSN: Bakıda temperatur iqlim normasından 2 dərəcə yüksəkdir

Font

"Son 2-3 gündə Bakıda və Abşeron yarımadasında gündüz 19-22, Aran rayonlarında 21-25, dağlıq ərazilərdə 18, Naxçıvan Muxtar Respublikasında 20-25 dərəcə isti müşahidə olunmaqdadır. Hazırda Bakıda müşahidə olunan temperatur iqlim normasından 2 dərəcə yüksəkdir”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev deyib. Onun sözlərinə görə, ötən illərdə oktyabr ayında isti hava şəraiti 1934-cü ildə müşahidə olunub: "Ondan sonra nisbətən isti hava şəraiti 2002 və 2012-ci illərdə qeydə alınıb. Bu il oktyabrda ən yüksək temperatur ayın əvvəlində olub və 27.5 dərəcə istilik təşkil edib. Ondan sonrakı günlərdə temperatur 20-24 dərəcə arasında dəyişib. Oktyabr ayında bundan da yüksək temperatur müşahidə olunan illər olub. Məsələn, 2012-ci ildə Bakıda 32.7, 2013-cü ildə 31.6, hətta keçən il 28.8 dərəcə isti qeydə alınıb. Bu il oktyabrda müşahidə olunan temperatur ötən illərlə müqayisədə aşağıdır”.