:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Mikayıl Cabbarov: "Daha böyük iqtisadiyyatda daha çox vergi mədaxili təmin edilə bilir"-VIDEO

Font

"İqtisadiyyat Nazirliyinin əsas hədəfi iqtisadiyyata bütöv baxışı əks etdirməkdir. Bunun üçün bir sıra alətlər mövcuddur".

Bu fikirləri Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov bu posta təyin olunduqdan sonra verdiyi ilk müsahibədə deyib.

M.Cabbarov qeyd edib ki, onlardan biri vergi siyasətidir: "Vergi siyasətini bizi iqtisadiyyatın rəqabətqabiliyyətliliyi amili, faktoru kimi qiymətləndiririk. Sirr deyil ki, bu gün vergi yükünün mövcudluğundan, səviyyəsindən, vergi inzibatçılığının mədəniyyətindən asılı olaraq bir sıra istər yerli, istər xarici investorlar yeni işi, yeni biznesi başlamaq yoxsa başlamamaq, hansı ölkədə başlamaq, hansı həcmdə sərmayəni həyata keçirmək kimi suallara cavab verir və müvafiq qərarlar verir. Bu mənada düşünürəm ki, vergi siyasətinin əsas məqsədlərindən biri məhz iqtisadi imkanların genişlənməsindən ibarət olmalıdır, iqtisadiyyatın rəqabətliliyinə yönəlməlidir. Bu öz növbəsində iqtisadi inkişafın, iqtisadi fəaliyyətin, vergitutma bazasının genişlənməsinə gətirib çıxarır. Daha böyük iqtisadiyyatda müvafiq olaraq daha çox vergi mədaxili təmin edilə bilir.

Dövlət əmlakı, dövlət müəssisələri kimi mövzuya gəldikdə burada da ilk növbədə qeyd olunmalıdır ki, dövlət mülkiyyətində olan bir çox müəssisələrin fəaliyyəti ümumilikdə iqtisadi fəallığa təsir edir. Burada xüsusi ilə təbii inhisarları qeyd etmək olar. Bu tək Azərbaycanda deyil, hər bir ölkənin iqtisadiyyatındadır. İnfrastruktur təminatını, xidmətləri təmin edən qurumların tariflərinin dərəcələri, ölkədə iqtisadi fəallığın səviyyəsinə təsir edə bilir. Bu mənada inanıram ki, bizim müvafiq aidiyyatı dövlət qurumları ilə, dövlətin mülkiyyətində olan şirkətlərlə işləyərək birgə qarşımızda duran vəzifələri uğurlu şəkildə həll edə biləcəyik.

Digər məsələ isə dövlətin mülkiyyətində olan əmlakın daha səmərəli istifadə etməklə iqtisadi siyasətə qoyulan məqsədlərə xidmət etməsi – bunun həm kiçik və orta biznesə olan təsiri, bunun həm ölkəyə cəlb edilən sərmayələrin, xüsusilə də xarici sərmayələrin hansı sektorlara cəlb edilməsinin alətlərindən istifadə etmək kimi imkanlar verir. Qeyd etməliyəm ki, digər sahələrdə də olduğu kimi biz heç də öz işimizi sıfırdan başlamırıq. Son illər ərzində bütün sahələrdə işlər həyata keçirilib. Bütün nailiyyətləri qoruyaraq o sahələrdə ki, çatışmazlıqlar var, o sahələrdə ki, təkmilləşmələrə ehtiyac var, işləyərək həyata keçirəcəyik".