:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəlib

Font

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 25-də Azərbaycan Respublikasına səfərə gəlib.

Prezident Qurbanqulu Berdiməhəmmədovu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayev, Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev və digər rəsmi şəxslər qarşıladılar.