:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Nazir: “Azərbaycan əhalisinin yarısından çoxunun yaşı 30-dan aşağıdır”

Font

"Azərbaycan əhalisinin yarısından çoxunun yaşı 30-dan aşağıdır. Ölkədə bu qədər çox gəncin olması böyük imkanlar yaradır. Həm də hökumətin üzərinə böyük məsuliyyət və vəzifələr qoyur”.

Bunu Qoşulmama Hərəkatının gənclər sammitində çıxışı zamanı Gənclər və İdman naziri Azad Rəhimov deyib.

Onun sözlərinə görə, bu günə qədər gənclər siyasəti sahəsində bir sıra qanun, strategiya, dövlət proqramı və digər normativ-hüquqi sənədlər qəbul edilib. Nazir vurğulayıb ki, bu sənədlərin hazırlanması və icrası gənclərlə bir yerdə həyata keçirilib.

Azərbaycanda 300-dən artıq gənclər təşkilatının fəaliyyət göstərdiyini xatırladan A. Rəhimov qeyd edib ki, Qoşulmama Hərəkatının gənclər sammitində xüsusilə sülh, təhlükəsizlik, davamlı inkişaf və insan haqlarının qorunması mövzuları ətrafında müzakirələr aparılacaq.