:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bu gün AMEA-ya yeni prezident seçiləcək

Font

Akif Əlizadə: "Səhhətimlə bağlı ərizə yazmışam, bu gün AMEA-nın prezidenti vəzifəsinə seçkilər keçiriləcək"

"İstefa ərizəmi təqdim etməyimlə bağlı xəbər doğrudur".

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib.

O qeyd edib ki, səhhəti ilə əlaqədar istefa vermək qərarına gəlib: "Bu gün saat 11:00-da Rəyasət Heyətində AMEA-nın Ümumi yığıncağı keçiriləcək və Akademiyaya yeni prezident seçkiləri keçiriləcək. Güman edirəm ki, mənim də ərizəm qəbul olunacaq".

Qeyd edək ki, A. Əlizadə ötən il AMEA-nın ümumi yığıncağında qurumun prezidenti seçilib.