:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bu il Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlanacaq

Font

Qəzvin-Rəşt-Astara dəmir yolu layihəsi çərçivəsində Rəşt-Astara xəttinin tikintisinə bu il başlanacaq.

Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında İranın Yol və Şəhərsalma Nazirliyinin Nəqliyyat İdarəsinin rəhbəri Şəhram Adəmnejad deyib.

Onun sözlərinə görə, hazırda layihənin icrasının maliyyələşdirilməsi modeli hazırlanır.

"Bildiyiniz kimi, Qəzvin-Rəşt-Astara dəmir yolu xəttinin Rəştə qədər olan hissəsi artıq tamamlanıb. Bu layihə İran və Azərbaycanın tranzit imkanlarını artıracaq. Layihənin Rəşt -Astara hissəsi qalır. Bu istiqamətdə qardaş Azərbaycanla danışıqlar aparılır. Bu il layihənin maliyyə modeli hazırlandıqdan sonra yolun qalan hissəsinin tikintisinə başlanacaq", - deyə Ş. Adəmnejad bildirib.