:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edib

Font

Oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası olub.

APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını salamlayıb.

Sonra birgə foto çəkdirilib.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov qonaqları salamladı və iclasın işinə uğurlar arzulayıb.

Daha sonra MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev Şuranın iclasının gündəliyi barədə məlumat verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış edib.