:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Rusiyada siqaret çəkən uşaqların valideynləri cərimələnə bilər

Font

Rusiya Daxili İşlər Nazirliyi azyaşlıların tütün məmulatlarından istifadəsinin qarşısını almaq məqsədilə maraqlı təklif irəli sürüb.

TASS xəbər verir ki, siqaret çəkməyə başlayan uşaqların valideynləri 2 min rubla qədər cərimələnə bilər.

Məsələ ilə bağlı artıq yeni təkliflər paketi hazırlanıb.

Qeyd edək ki, Rusiyada azyaşlılar arasında tütün məmulatlarından istifadə edənlərin sayı çoxluq təşkil etdiyi üçün 2009 və 2014-cü illərdə də Dövlət Dumasına analoji qanun layihələri təqdim olunub.