:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Şəmkirdə fəaliyyəti dayandırılan bankın ofisindən 41 manatlıq oğurluq olub

Font

Şəmkirdə fəaliyyəti dayandırılan bankın ofisindən oğurluq olub.

Şəmkir Rayon Polis İdarəsinin keçirdiyi əməliyyat nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini Samir Mustafayev saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, o, gecə saatlarında Şəmkir şəhəri Səməd Vurğun küçəsində yerləşən fəaliyyəti dayandırılmış banklardan birinin ofisinə qanunsuz daxil olaraq oradan ard-arda 3 dəfə avadanlıqlar oğurlayıb.

S.Mustafayevin ofisdən 41 min manatlıq avadanlıq oğurladığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.