:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Prezident İlham Əliyev Əli Əsədovu Baş Nazir təyin edib

Font

Prezident İlham Əliyev N.İ.Məmmədovun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncəma əsasən, Novruz İsmayıl oğlu Məmmədov Azərbaycan Respublikasının Baş Naziri vəzifəsindən azad edilir.

Prezident İlham Əliyev Əli Əsədovun Azərbaycan Respublikasının Baş Naziri təyin edilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Əli Hidayət oğlu Əsədov Azərbaycan Respublikasının Baş Naziri təyin edilsin.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.