:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

BNA ictimai nəqliyyatdakı problemləri media rəhbərləri ilə müzakirə etdi

Font

Bakı Nəqliyyat Agentliyi (BNA) Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov olmaqla bir qrup media rəhbərləri görüş keçirib.

Media rəhbərləri ilə keçirilən görüş ictimai nəqliyyatdakı mövcud vəziyyət, problemlər və onların həlli istiqamətində atılan addımlarla bağlı olub.

Görüşdə çıxış edən BNA İdarə Heyətinin sədri Vüsal Kərimli 3 ildir fəaliyyət göstərən Nəqliyyat Agentliyinin əldə etdiyi uğurlarla yanaşı qarşıda duran məsələlərə diqqət çəkib.

Vüsal Kərimli bildirib ki, Bakı Nəqliyyat Agentliyi Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edən, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxs kimi öz işini uğurla davam etdirir. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir, o cümlədən də media ilə. Vüsal Kərimli məhz media ilə qarşılıqlı əməkdaşlığın qurulması ilə nəqliyyatın tənzimlənməsinə dair təbliğati işlərinin qurulması və mövcud nöqsanların aradan qaldırılması üçün medianın dəstəyinə güvəndiyini və nəqliyyatın işində müsbət dəyişikliklərin əldə edilməsi üçün birgə fəaliyyətin əhəmiyyətini qeyd etdi. BNA rəsmisi bildirdi ki, məqsədləri hər gün 2 milyon 200 sərnişinin daşınmasında iştiak edən bir qurum olaraq ictimai nəqliyyatı güvənli və təhlükəsiz təqdim etməkdir.

Eləcə də, media ilə müzakirə olunan məsələlər sırasında qanunsuz parklama, süni tıxac yaradan səbəblərə toxunulub.

Vüsal Kərimli süni tıxac yaradan əngəllərin aradan qaldırılmasında hər bir vətəndaş, ictimaiyyət nümyəndələrinin təşəbbüs göstərməsini arzu etdi. Təəssüflə bildirdi ki, evdən çıxan və yolun tıxac olması üzündən 2 saat yolda qalan müəllimin məktəbdə verə biləcəyi dərsin keyfiyyəti ola bilməz. Yola çıxan hər bir kəsin nəqliyyat, dayanacaq, parklama və sair problemlərllə qarşılaşmaması üçün hamı tələb olunan qaydalara düzgün əməl etməlidir.

Vüsal Kərimli eləcə də BNA-nın birbaşa ixtiyarında olan BAKI Bus-larının işləmə qaydası, beynəlxalq yarışlar ərəfəsində göstərdiyi fəaliyyətlə bağlı müsbət addımların atıldığını, ötən illərlə müqayisədə nəqliyyat və sərnişindaşımada müəyyən müsbət dəyişikliklərin olduğunu vurğulayıb.

Görüşdə, çıxış edən media rəhbərləri xüsusilə qəsəbələrdəki ictimai nəqliyyat problemlərinə toxunublar. İctimai nəqliyyatda sürücünün sərnişinlə davranışı və avtobusların müasir standartlara uymaması, bir çox marşrutların o cümlədən qəsəbələrdə sərnişin daşınmasını həyata keçirən avtobusların vaxtlı-vaxtında işləməməyi, bir sıra -108, 81, və digər saylı ictimai nəqliyyatla bağlı narazılıqlar, avrobuslarda sürücülərin siqaret çəkmə faktları əsas müzakirə mövzusu olaraq qeyd olunub və hələ də öz həllini tapmaya ciddi yanaşılmanı vacib sayıblar.

Vüsal Kərimli BNA olaraq Bakı Busların hərəkətini nizamladıqlarını qeyd etsə də, hamılıqla nəqliyyat sistemindəki neqativləri aradan qaldırmaq üçün ictimai birliyin fəallıq göstərməsini ən mühüm məsələ kimi önə çəkib.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılıb.