:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakıda qadının çantasından tapança tapılıb

Font

Bakıda qadının çantasından tapança tapılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oktyabrın 7-də Sabunçu rayonu ərazisindəki inzibati binaların birində Bakı şəhər sakini P.Axundovanın çantasına Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən texniki qurğu vasitəsi ilə baxış zamanı oradan pnevmatik tapança və ona aid 3 ədəd patron aşkar edilərək götürülüb. Müvafiq araşdırmaların aparılması üçün Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.