:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ali Məhkəmənin sədri: “Azərbaycanda vəkillərin sayı kifayət qədər artıb”

Font

"Son dövrlər Azərbaycanda vəkillik institutu ilə bağlı aparılan islahatlar nəticəsində vəkillərin sayının kifayət qədər artması öz bəhrəsini verməkdədir”.

Bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev Azərbaycan Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirlər çərçivəsində keçirilən "Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfransda deyib.

"Düşünürəm ki, vəkillik institutu inkişaf edərək insan hüquq və azadlıqlarını təminatında öz layiqli töhfəsini verəcək”, - deyə o əlavə edib.