:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Yankauskas: “Aİ-nin tərəfdaşlıq prioritetlərində yaxşı idarəçiliyin gücləndirilməsi əsas hədəfdir”

Font

"Avropa İttifaqının (Aİ) Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq (YİT) birgə proqramı Azərbaycan və Şərq Tərəfdaşlığı ölkələrinin əməkdaşlıq gündəliyində əsas yerlərdən birini tutur”.

Bunu Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq (YİT-2) birgə proqramının II mərhələsi çərçivəsində Azərbaycanda icra olunan yeni birgə layihələrin təqdimatında çıxışı zamanı deyib.

O, Aİ-nin tərəfdaşlıq prioritetlərində yaxşı idarəçiliyin gücləndirilməsinin əsas hədəflərdən biri olduğunu deyib. K. Yankauskas bildirib ki, Aİ və Azərbaycan arasında müzakirə olunan yeni sazişdə də yaxşı idarəçilik əsas məqamlardan biridir.

Diplomat qeyd edib ki, Şərq Tərəfdaşlığı ölkələri və Aİ əsas iki sahədə - məhkəmə sisteminin effektivliyinin təmin olunası və çirkli pulların yuyulmasının qarşısını almaqla bağlı birgə fəaliyyətə dair razılığa gəliblər.

K. Yankauskas 2020-ci ilin sonunadək tərəfdaş ölkələrin 20 nəticənin əldə olunması ilə bağlı öhdəlik götürdüyünü qeyd edib.