:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

ABŞ Aİ-dən idxal olunan təyyarələrə və kənd təsərrüfatı mallarına rüsum tətbiq edəcək

Font

ABŞ Ümumdünya Ticarət Təşkilatının qərarından sonra Avropa İttifaqından idxal olunan təyyarələrə 10%, kənd təsərrüfatı və sənaye məhsullarına isə 25% miqdarında rüsum tətbiq edəcək.

RİA"Novosti” xəbər verir ki, rüsumlar Ümumdünya Ticarət Təşkilatının cərimə sanksiyaları çərçivəsində tətbiq olunacaq.

Qərar oktyabrın 15-də qüvvəyə minəcək. Rüsumlar təyyarə detallarına şamil olunmayacaq.