:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

YAP seçki qərargahının Pirallahı rayon şöbəsinin iclası keçirilib

Font

Ölkəmizdə bələdiyyələrin yaranması, formalaşması və hüquqi bazası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bələdiyyələrin hüquqi statusunun qanun çərçivəsində müəyyənləşdirilməsi ilk dəfə olaraq məhz ümummilli lider Heydər Əliyevin fəaliyyəti dövründə – 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapdı. Dövlətçilik tarixinə mühüm hadisə kimi daxil olan bu tarixi gündən sonra, 1999-cu ilin dekabrında ilk bələdiyyə seçkilərinin keçirilməsi ilə bu institut formalaşmağa, bələdiyyələrin hüquqi bazasını nizamlayan normativ aktlar qəbul edilməyə başladı. Bu aktlarda bələdiyyələrin bir qurum olaraq hüquqi statuslarının müəyyən olunması, onların fəaliyyətinin əsasları, statusu və digər məqamlar öz əksini tapdı.

Yenizaman.az-ın verdiyi məlumata görə 02 oktyabr 2019-cu il tarixində Yeni Azərbaycan Partiyası seçki qərargahının Pirallahı rayon şöbəsinin iclası keçirilib. İclası giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası seçki qərargahının Pirallahı rayon şöbəsinin sədri Hikmət Şikarov iclas iştirakçılarını salamlayaraq 2019-cu ilin dekabr ayında keçiriləcək Bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının seçki qərargahının Pirallahı rayon şöbəsinin fəaliyyət Proqramına uyğun olaraq ilkin mərhələdə görüləcək işlər barədə məlumat verdi. Hazırda YAP üzvü olan bələdiyyə üzvlərinin təhlilinin aparılması və onların arasından gələcək namizədlərin müəyyən edilməsi ilə bağlı göstərişlərini verdi.Yeni Azərbaycan Partiyası seçki qərargahının Pirallahı rayon şöbəsinin sədri Hikmət Şikarovərazinin sosial-iqtisadi problemlərinin və əhalinin xüsusiyyətlərinin öyrənilməsi - əhalinin məşğulluğu, seçki məntəqələrinin ərazisində problemlərin (qaz, su, enerji, nəqliyyat və s.) mövcudluğu, seçki məntəqələrinin ərazisində yaşayan seçicilər arasında nüfuzlu şəxslərin (ağsaqqalların, din xadimlərinin, tanınmış mədəniyyət, incəsənət və elm xadimlərinin) müəyyənləşdirilməsi ilə bağlı tapşırıqlarını verdi.
Yeni Azərbaycan Partiyası seçki qərargahının Pirallahı rayon şöbəsinin üzvü Daməd İmanov çıxış edərək seçici siyahılarının dəqiqləşdirilməsi istiqamətində görülən işlərin növbəti iclasda müzakirə olunması barədə təklif verdi.
Yeni Azərbaycan Partiyası seçki qərargahinin Pirallahı rayon şöbəsinin üzvü Əli Kərimov seçki məntəqələrinin seçkiyə hazırlıq vəziyyətlərinin araşdırlması ilə bağlı monitorinqin keçirilməsini təklif etdi.
İclasın sonunda Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı fəallarının işinin təşkil edilməsi və koordinasiyasıilə bağlı qərar qəbul edildi.


Yeni Azərbaycan Partiyası  seçki qərargahının Pirallahı rayon şöbəsinin iclası keçirilib

Yeni Azərbaycan Partiyası  seçki qərargahının Pirallahı rayon şöbəsinin iclası keçirilib