:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

MSK: Rafael Cəbrayılovun mandat daşımağa haqqı yoxdur

Font

"Rafael Cəbrayılov Milli Məclisə müraciətində qeyd edib ki, guya o, III və IV çağırış deputat vəsiqəsini girov qoyub”.

Bunu MSK katibi Mikayıl Rəhimov deyib. MSK katibi bildirib ki, R. Cəbrayılov müraciətdə bunun yalan olduğunu vurğulayıb.

"Məktubda bildirib ki, bu məsələ tamamilə yalandır. Vəsiqəsi özündədir. Qeyd edim ki, onun 15 illik deputat fəaliyyəti ilə bağlı MSK- ya xüsusi şikayətlər daxil olmayıb. Son dövrlər mətbuatda yazılanlar isə onun nə qədər qeyri-səmimi davrandığını göstərir. Deputat mandatından kənar fəaliyyətlə məşğul olursansa, bu, həm öz adına, həm də Milli Məclisə xələl gətirir. Arzulayırdıq ki, deputat qanuna zidd hərəkətlər etməsin. Əgər deputat mandatından imtina etmək istəyirdisə, o birinci növbədə Mərkəzi Seçki Komissiyasına müraciət etməli idi. Ancaq o, Milli Məclisə müraciət edərək, onların mərhəmətinə sığınmaq istəyib. Onun mandat daşımağa haqqı yoxdur"”, - deyə o əlavə edib.