:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Tramp impiçment prosedurunu çevriliş adlandırıb

Font

ABŞ prezidenti Donald Tramp Konqresdə impiçment prosedurunun işə salınmasını çevriliş adlandırıb.

Ağ Ev rəhbəri bu barədə özünün "Twitter"dəki səhifəsində yazıb.

"Mən hər gün daha çox bildikcə, o nəticəyə gəlirəm ki, olanlar impiçment deyil, insanlardan hakimiyyəti, onların səslərini, azadlıqlarını, onların ikinci düzəlişini (Konstitusiyaya-red), dini, silahlı qüvvələri, sərhəddə (Meksika ilə sərhədi-red) divarı və Amerika Birləşmiş Ştatları vətəndaşlarına Allah tərəfrindən verilən hüququ almaq üçün nəzərdə tutulmuş çevrilişdir", - deyə o özünün "Twitter"dəki səhifəsində yazıb.