:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Elman Paşayevin partiyasından mühüm görüş-FOTO

Font

Rusiyada həmyerlimiz,tanınmış hüquqşünas Elman Paşayevin yaratdığı"SSSR (Soyuz Spravedlivix Sil Rosii”- "Ədalətli Qüvvələr İttifaqı ”)partiyası təşkilatlanma istiqamətində işlərini davam etdirir.

Kanal32.azxəbər verir ki,partiya sədri və rəhbərlikdə təmsil olunan şəxslər Sankt-Peterburq şəhərində fəaliyyət göstərən və həmyerlimiz,akademik Heydər İmanovun rəhbərlik etdiyi Smolnı İnsititunda görüş keçirib.Görüşdə insititun rektoru akademik Heydər İmanovla yanaşı ali təhsil ocağının professor-müəllim heyəti də iştirak edib.

Akademik Heydər İmanov qonaqları salamlayıb və"SSSR (Soyuz Spravedlivix Sil Rosii”- "Ədalətli Qüvvələr İttifaqı ”)partiyasının sədri Elman Paşayevi təbrik edib.Akademik qeyd edib ki,bu addım burada yaşayan hər bir azərbaycanlı tərəfindən böyük məmnunluq hissi ilə qarşılanıb və Elman Paşayevin timsalında həmyerlimizin nəhəng Rusiya dövlətinin siyasi arenasına daxil olması mühüm tarixi addımdır.”Sizin partiyanın təşkilatnaması üçün imkanlarımız daxilində dəstəyimizi nümayiş etdirəcəyik.Mən sizə bu çətin,məsuliyyətli,şərəfli,o cümlədən tarixi əhəmiyyət kəsb edən yolda uğurlar arzulayıram”-deyə akademik Heydər İmanov bildirib.

Partiya sədri Elman Paşayev görüşün təşkilində göstərdiyi səmimi və həssas münasibətə görə akademik Heydər İmanova öz dərin təşəkkürünü bildirib.O,qeyd edib ki,partiyamızın ilkin təşkilatlanmasında sizin kimi dəyərli elm adamlarımızın,nüfuzlu ziyalılarımızın dəstəyi olduqca vacibdir.Əgər biz bu dəstəyi qazansaq daxil olduğumuz bu siyasi meydanda möhkəmlənmə istiqamətində mühüm bir addım atmış olarıq.Həmçinin,yaxın gələcəkdə soydaşlarımızın Rusiyanın ictimai-siyasi arenasına sistemli inteqrasiyasına nail ola bilərik.

Görüşdə çıxış edənelm adamları və ictimai xadimlər də öz növbəsində yeni yaradılmış bu siyasi təşkilata uğurlar arzulayıblar.Vurğulanıb ki, Azərbaycanla tarixi bağlılığı olan və böyük bir arealda geostrateji dayaqlara və siyasi təsir gücünə malik Rusiyada yaşayan soydaşlarımızın bir siyasi təşkilat altında birləşməsi mühüm tarixi addımdır.

Görüş aktiv müzakirələrlə davam edib və pariyanın ölkənin bütün şəhərlərində təşkilatlanması istiqamətində bir sıra önəmli təkliflər verilib və qərarlar qəbul edilib.

Xatırladaq ki,Rusiyada yaşayan həmyerlimiz,tanınmış hüquqşünas Elman Paşayev bu il sentyabrın 20-də özünün"SSSR (Soyuz Spravedlivix Sil Rosii”- "Ədalətli Qüvvələr İttifaqı ”)partiyasını təsis edib.

Sənan Həsənoğlu

"Kanal32” İnformasiya Agentliyinin Moskva bürosu