:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Dövlət Komitəsi: Jurnalistlərin binasında səyyar qeydiyyat xidməti keçiriləcək

Font

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2 oktyabr tarixində, saat 10:00-da ölkə başçısı cənab İlham Əliyevin 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların mülkiyyətinə verilmiş ikinci binada səyyar qeydiyyat xidməti göstəriləcək, jurnalistlərin mənzillərinə dair elektron çıxarışın hazırlanması üçün ilkin sənədlər toplanacaq.

Tədbir oktyabrın 2-si saat 10:00-da Bakı, Yeni Salyan yolunda yerləşən, jurnalistlərə verilən ikinci binanın həyətində baş tutacaq.
Tədbirdə iştirak etmək istəyənlər üçün əlaqə: Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri Qulu Xəlilov - 050-235-30-33