:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Səhnəmizin Məcnunu 59 yaşını qeyd edir

Font

Bu gün Qarabağın ecazkar səsi, səhnəmizin Məcnunu, xanəndə Mənsum İbrahimovun doğum günüdür.

Mənsum İbrahimov 1960-cı il oktyabr ayının 1-də Qarabağın dilbər guşələrindən olan Ağdam rayonunun İmamqulubəyli kəndində anadan olub. Xanandə 1982-1987-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun muğam şöbəsində, 1988-1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəni maarif fakültəsində təhsil alıb.

Azərbaycan musiqi mədəniyyətinin bənzərsiz səs sahibi olan Şövkət Ələkbərova xanəndənin səsini eşidir və çox bəyənir. Onun məsləhəti ilə Mənsum İbrahimov Azərbaycan Dövlət Opera və Balet Teatrına dəvət olunur.

Mənsum İbrahimov 1993-cü ildən bəri, artıq 26 ildir "Leyli və Məcnun” operasında Məcnun rolunun ifaçısıdır.

Onu tək Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində sevərək qəbul ediblər. Çünki Azərbaycan muğam sənətini dünyada layiqli təmsil edən sənətkarlardandır. Bu səs ona Tanrının bəxş etdiyi bir əmanətdir. Mənsum İbrahim gözəl sənətkar olmaqla bərabər, həm də qayğıkeş bir atadır. Xanəndə müsahibələrinin birində belə söyləyib: "Səhnədə çoxlu Leylim ola bilər, ancaq həyatımda bir Leylim var o da həyat yoldaşımdır”.


Mənsum İbrahimov həmdə pedaqoji fəaliyyətlə də məşğul olur. O, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi kollecinin müəllimi kimi fəaliyyət göstərir. Gənc muğam ifaçılarının yetişməsində əlindən gələni əsirgəmir.

O, 1998-ci ildə Azərbaycanın Əməkdar artisti, 2005-ci ildə isə Xalq artisi fəxri adına layiq görülüb.

Mənsum İbrahimovu təbrik edir,ona uzun ömür can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!