:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ədliyyə Nazirliyi Elektron Məhkəmənin Əsasnaməsini Nazirlər Kabinetinə təqdim edib

Font

Ədliyyə Nazirliyi Elektron Məhkəmənin Əsasnaməsinin layihəsini hazırlayıb və 11 qurumla razılaşdırıb.

Bunu bu gün Ədliyyə Nazirliyinin və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Şəffaf və səmərəli ədalət mühakiməsi - innovativ nümunələr" adlı görüşdə Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə bildirib.

A. Səmədzadə deyib ki, sənəd Nazirlər Kabinetinə təqdim olunub, hazırda sənəd baxılma mərhələsindədir: "Nazirlər Kabineti Əsasnaməni Prezident İlham Əliyevə təqdim edəcək. İnanırıq ki, ilin sonuna qədər bu Əsasnamə təsdiqlənəcək”.