:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

KİV məhsularına görə ƏDV mübahisə doğrudu

Font

"Qaya Mətbuat Yayımı" MMC-nin rəhbəri Xanhüseyn Əliyev: "Bu məhsullara ƏDV qoyulması qanunsuzdur”

Vəkil Bəhruz Bayramov: "Nazirlər Kabinetinin qərarı qanundan üstün qüvvəyə malik deyil, ona görə də ƏDV tələbi qanunsuzdur”

"Ölkəyə gətirilən KİV məhsullarına Əlavə Dəyər Vergisindən (ƏDV) tətbiq edilməsi qeyri-qanunidir". Bunu Bizim Yol-a "Qaya Mətbuat Yayımı" MMC-nin rəhbəri Xanhüseyn Əliyev deyib.

O bildirir ki Vergi Məcəlləsinin 164.1 və 164.1.7 maddələri ilə 2005-ci ilə qədər idxal olunan qəzet kağızları, qəzet və jurnallar ƏDV-dən azad olub. "Çünki bu qanunun tələbi idi. ƏDV-dən azad edilən məhsulların siyahısı ilə bağlı Nazirlər Kabinetinin 2005-ci il tarixli 11 saylı qərarı verilən zaman idxal olunan qəzet kağızlarının ƏDV-dən azad olunması ilə bağlı müddəa da həmin qərara salındı. Halbuki bunun özü qanunsuz idi. Çünki Məcəllə - Milli Məclis tərəfindən qəbul olunan qanun icra orqanının qərarından üstün qüvvəyə malikdir və Vergi Məcəlləsi qüvvədə ola-ola Nazirlər Kabinetinin 11 saylı qərarına ehtiyac yox idi. Beləliklə, idxal olunan qəzet kağızları, qəzet və jurnallar 2005-ci ildən sonra həm məcəllənin, həm də bu qərarın tələbinə əsasən ƏDV-dən azad idi. Ancaq Azərbaycan Respublikasının 20.10.2015-ci il tarixli Vergi Məcəlləsinin 164.2 maddəsi ləğv edilib və bununla da Nazirlər Kabinetinin 2005-ci il tarixli 11 saylı qərarı qüvvədən düşüb. Bu qərarın ləğvindən sonra isə idxal olunan qəzet kağızları, qəzet və jurnallardan ƏDV tutulmağa başladı. Halbuki qüvvədə olan Vergi Məcəlləsinin 164.1 "idxalın aşağıdakı növlərindən ƏDV tutulmur” deyilrt və 164.1.7 maddəsində açıq şəkildə yazılır: "kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr, mətbu kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla)”.

X.Əliyev əlavə edir ki, bununla bağlı dəfələrlə məhkəmələrə müraciət edib, müxtəlif dövlət qurumlarına sorğu verib. "Hətta müraciətimə əsasən, ən ali məhkəmə orqanı olan Konstitusiya Məhkəməsinə dəvət edilər və bildirdilər ki, ƏDV tutulması qanunsuzdur".

MMC sədrinin məsələ ilə bağlı dövlət qurumlarına ediyi müraciətlərə də ziddiyyətli cavablar verilir. "Ədliyyə Nazirliyinin cavabında bildirilir ki, Vergi Məcəlləsinin 164.1 və 164.7 maddələrinə əsasən, KİV məhsullarının alıq-satqısı ƏDV-dən azadır, lakin qəzet-jurnallar ƏDV-yə cəlb olunur. Ədliyyə Nazirliyi milmir və ya bilmək istəmir ki, 2008-ci ildə eks-prezident Heydər Əliyevin təsdiq ediyi 08 fevral 2000-ci il tarixli Qanuna əsasən, qəzet kağızları, qəzet və jurnallar KİV-in bir hissəsidir”.

MMC rəhbəri İqtisadiyyat Nazirliyinin sorğuya cavabını absurd hesab edirr: "Nazir müavini Sevinc Həsənovanın imzası ilə daxil olan məktubda bildirilir ki, Vergi Məcəlləsinin 164.7 maddəsi ilə KİV məhsullarının alıq-satqısı üzrə dövriyyələr ƏDV-dən azadır, amma idxal azad deyil. Halbuki həmin maddədə yazır ki, "idxalın aşağıdakı növləri ƏDV-dən azaddır”.

Maliyyə Nazirliyi isə cavab verir ki, "Vergi Məcəlləsinin 164.1 və 164.7 maddələrinə əsasən KİV məhsullarının alqı-satqısı ƏDV-dən azaddır, lakin büdcə ilə bağli olaraq ƏDV-dən azadolmanı məqsədəuyğun hesab emir".

X.Əliyev vurğulayır ki, dövlət qurumları qanunun tələbinə zidd olaraq "məqsəduyğun hesab etməməklə" vətəndaşları büdcə ilə şantaj eməkdir. "Mən araşdırmışam və bilirəm ki, KİV məhsullarından daxil olan ƏDV ildə 220 min manat civarındadır. Halbuki ölkə başçısı hər il KİV-in inkişafı üşün 5 milyon manat pul ayırır, ev tikir, bu məbləğn qarşısında qanunsuz olaraq büdcəyə daxil olan 220 min manat nə puldur ki, bunula KİV-ə zərər verirlər?"

X.Əliyevin sözlərinə görə Vergilər Nazirliyi də KİV məhsullarından ƏDV tutulmasının qanunsuz olduğu ilə bağlı cavab verib: " Nazirliyin cavabında bildirilir ki, Vergi Məcəlləsinin 164.1 və 164.7 maddələri ləğv edilmədiyinə görə, KİV məhsullarının idxalı ƏDV-dən azaddır. Lakin Gömrük Komitəsinin cavabında deyilir ki, Vergi Məcəlləsinin 164.1 və 164.7 maddələrində KİV məhsullarının ancaq sıtqısı ƏDV-dən azadır. Bu izahın müəllifi Gömrük Komitəsinin Maliyyə İdarəsinin rəisi Mirqasım Vahabovdur. Verg Məcəlləsində konkret göstərilir ki, "kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr, mətbu kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla)” ƏDV-dən azaddır. Həmçinin Ədliyyə, İqtisadiyyat, Maliyyə və Vergilər nazirlikləri də bunu təsdiqləyir" - deyə X.Əliyev bildirir.

Vəkil Bəhruz Bayramov da Bizimyol.info saytının sorğusuna cavab olaraq bildirir ki, Nazilrlər Kabinetinin qərarı qanundan üstün qüvvəyə malik deyil: "Hüquqi normativ aktların üstünlük dərəcələri var. Mərkəzi İcra hakimiyyəti orqanının qərarı məcəllədən – qanundan üstün qüvvəyə malik deyil. Ona görə də icra hakimiyyəti orqanının qərrı və qərarının qüvvədən düşməsi məcəllədə nəzərdə tutulmuş müddəaya təsir edə bilməz. Bu səbbədən də Vergi Məcəlləsində ƏDV-dən azad olunma nəzərdə tutlduğu halda, qərarın qüvvədən düşməsinə görə ƏDV tələb edilməsi tamamilə qanunsuzdur” – deyə vəkil bildirib.