:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Baş nazir Gürcüstan və Rusiya XİN başçılarının görüşünə münasibət bildirib

Font

"Ümid edirəm ki, ötən gün keçirilən görüş Gürcüstan və Rusiya arasında ən çətin problemin həll olunmasına kömək edəcək”.

Bunu Gürcüstanın baş naziri Giorgi Qaxaria Gürcüstan və Rusiya xarici işlər nazirləri arasında ötən gün keçirilən görüşü şərh edərkən bildirib.

G.Qaxarianın sözlərinə görə, görüş beynəlxalq qaydalar, qanunvericilik və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq ruhunda keçib: "Biz anlamalıyıq ki, müharibə problemin həlli yolu deyil”.

Qeyd edək ki, ötən gün BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 74-cü sessiyası çərçivəsində Gürcüstan və Rusiyanın XİN başçıları - David Zalkaliani və Sergey Lavrov arasında görüş keçirilib. Görüş İsveçrə tərəfinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.

Bu, 2008-ci ilin avqust müharibəsindən sonra Gürcüstan və Rusiya arasında bu səviyyədə keçirilən ilk görüş olub.