:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İndoneziyada güclü zəlzələ olub, 20 nəfər ölüb, 50 nəfər yaralanıb

Font

İndoneziyanın Maluku əyalətində baş verən 6,5 bal gücündə zəlzələ nəticəsində 20 nəfər ölüb, 50 nəfər yaralanıb.

Məlumatı "Haber7” yayıb.

Bildirilib ki, 12 mindən çox sakin yaşayış yerlərini tərk etmək məcburiyyətində qalıb.

Məlumata görə, zəlzələ nəticəsində iki universitet, iki xəstəxana binası, bir körpü və 100-dən artıq ev zədələnib. Məsul şəxslər təbii fəlakət nəticəsində ölənlərin sayının artacağından narahatdırlar.