:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Vladimir Zelenski Sergey Lavrovla görüşüb

Font

Nyu-Yorkda keçirilən BMT Baş Assambleyası çərçivəsində ABŞ prezidenti Donald Tramp tərəfindən nümayəndə heyətlərinin başçılarının şərəfinə verilən qəbulda Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla görüşüb.

Bu barədə RİA Novosti-yə diplomatik mənbələrdən məlumat verilib.

Bildirilib ki, görüş qısa keçib.

Qeyd edək ki, BMT Baş Assambleyasının iclasında Rusiya nümayəndə heyətinə Rusiya XİN başçısı Sergey Lavrov rəhbərlik edir. Onun iclasda çıxışı sentyabrın 27-nə planlaşdırılıb.