:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Adanada polisləri daşıyan avtobusda partlayış olub, yaralılar var

Font

Türkiyənin Adana vilayətinin Yürəgir rayonun mərkəzində yerli vaxtla 07.20-də xüsusi təyinatlı polisləri daşıyan servis avtobusunda bomba partlayışı olub.

Terror nəticəsində ən azı 5 polis yaralanıb. Partlayışdan ətrafdakı binalar, maşınlar və digər obyektlər zərərə məruz qalıb.