:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Adil İsmayılovun vəkillik fəaliyyətinin dayandırılması barədə qərar ləğv edilib

Font

Vəkillər Kollegiyasının Rəyasət Heyəti Adil İsmayılovun vəkillik fəaliyyətinin bir il müddətinə dayandırılması barədə qərarını ləğv edilib.

Bu barədə A. İsmayılov "Facebook”da məlumat verib.

"Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir il müddətinə vəkillik fəaliyyətimin dayandırılması barədə özünün 9 sentyabr 2019-cu il tarixli qərarını ləgv etdi”, - deyə A. İsmayılov bildirib

Qeyd edək ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sentyabrın 9-da keçirilən iclasında A. İsmayılovun vəkillik fəaliyyətinin bir il müddətinə dayandırılması barədə qərar qəbul edib. Qərar intizam icraatı çərçivəsində qəbul edilib.