:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

BMT Baş katibi Suriya konstitusiya komitəsinin yaradıldığını elan edib

Font

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Suriya konstitusiya komitəsinin yaradıldığını elan edib.

TASS verdiyi xəbərə görə, A. Quterreş bildirib ki, Suriya konstitusiya komitəsi yaxın həftələrdə Cenevrədə fəaliyyətə başlayacaq.

BMT-nin Baş katibi Rusiya, Türkiyə və İrana Suriya konstitusiya komitəsinin təşkilində göstərdikləri səylərə görə minnətdarlığını bildirib.