:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Emin Milli Fuad Qəhrəmanlının həbsini, Əli Kərimlinin istefasını tələb edir

Font

Meydan TV-nin sabiq rəhbəri, siyasi fəal Emin Milli AXCP sədrinin keçmiş Fuad Qəhrəmanlının həbs olunmasını istəyir.

Bu barədə Emin Milli özünün facebook səhifəsində yazıb.

Oqeyd edib ki, həyat yoldaşını və öz qızını illərlə döyən, sümüklərini sındıran siyasətçi həbs olunmalıdır: "Bunu bilib və belə siyasətçini müavin kimi saxlayan "demokrat" siyasətçi istefa verməlidir, əgər aparılan mübarizə demokratiya və azadlıq dəyərləri uğrundadırsa. Yalnız Fuad bəyin istefası ilə kifayətlənənləri isə anlaya bilmirəm. Nə uğrunda mübarizə aparırsız? Siz AXCP üzvlərinin, Əli Kərimlinin, onun müavinlərinin bu hadisəyə reaksiyalarını oxuyursuz?"

Emin Milli bildirib ki,Selcanı müdafiə etdiyi statusuna 1700 like gəlib, amma 800 şərh sırf AXCP trolların söyüşləri, təhqirləri, hədələridir.(apa)