:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Maykl Pompeo: "Azərbaycanla əməkdaşlığı dərinləşdirmək niyyətindəyik"

Font

ABŞ-ın dövlət katibi Maykl Pompeo "Əsrin müqaviləsi"nin imzalanmasının 25-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir:

"Amerika Birləşmiş Ştatları adından Sizi və Azərbaycan Respublikasının xalqını Əsrin Müqaviləsinın imzalanmasının iyirmi beş illik ildönümü münasibətilə təbrik etmək istəyirəm.

Bu il qeyd olunan iyirmi beş illik ildönümü Azərbaycanın öz enerji ehtiyatlarının dünya bazarlarına çatdırılmasına dair öhdəliyə sadiq olduğu zaman yer alacaq. Son iyirmi beş il ərzində Birləşmiş Ştatlar Azərbaycanın enerji ehtiyatlarının inkişafına, Avropa və qlobal enerji təhlükəsizliyinin qorunmasına və müstəqil dövlət kimi inkişafına dair göstərdikləri səylərdə sadiq tərəfdaşı olmuşdur. 1994-cü ildə sözügedən müqavilənin imzalanması və Bakı-Tiflis-Ceyhan neft kəmərinin inşası sayəsində Azərbaycan dünya neft bazarında vacib təchizatçiya çevrilmiş və Xəzər və Aralıq dənizləri arasında ilk enerji əlaqəsinin yaradılmasında vacib rol oynamışdır.