:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Səfirlik Dağıstan Respublikasının Qayakənd rayonu ərazisində baş verən nəqliyyat hadisəsin və həmvətənlərimizin durumunu nəzarətdə saxlayır

Font

19 sentyabr 2019-cu il tarixində Rusiyanın Dağıstan Respublikasının Qayakənd rayonu ərazisində nəqliyyat hadisəsi baş vermişdir.

Bu haqda Səfirliyə məlumat daxil olan kimi, dərhal yerli polis idarəsinin sözügedən nəqliyyat hadisəsini araşdıran müstəntiq, mərkəzi xəstəxananın baş həkimi, yerli diaspor nümayəndələrimiz, həmçinin qəzaya düşən nəqliyyat vasitəsinin sürücüsü ilə əlaqə saxlanılmışdır.

Əldə olunmuş məlumata əsasən, qəza nəticəsində 2 nəfər Rusiya vətəndaşı həyatını itirmiş, 7 nəfər Azərbaycan Respublikasının vətəndaşı isə xəsarət almışdırlar. Onlardan 3 nəfər ilkin müayinə olunduqdan sonra, 1 nəfər isə qohumlarının zaminliyi ilə evə buraxılmışdırlar. Hazırda Qayakənd rayon mərkəzi xəstəxanasında 3 nəfər həmvətənlərimiz vardır ki, onların da vəziyyəti orta ağır olaraq qalır. Bunlar Sevindik Əsgərov (1964-cü il təvəllüdlü), Ağabəy İsayev (1954-cü il təvəllüdlü) və Eldar Həsənəliyev (1990-cı il təvəllüdlü) adlı soydaşlarımızdır.

Səfirlik məsələni və həmvətənlərimizin durumunu nəzarətdə saxlayır.