:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Serqey Lavrov: “ABŞ kosmosa silah yerləşdirir”

Font

Rusiya Xarici İşlər naziri Serqey Lavrov bəyan edib ki, ABŞ kosmosa silah yerləşdirmə planların icra etməyə başlayıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytı məlumat yayıb.

Nazirin "Rusiya qlobal siyasətdə” jurnalında dərc edilən məqaləsində bildirilib ki, rəsmi Vaşinqton Rusiya tərəfinin silahların kosmosda yerləşdirilməsinə dair universal moratoriumun razılaşdırılması barədə təklifini qəbul etmir.

Diplomat eyni zamanda qeyd edib ki, Qərb liberal dəyərləri müdafiə edir və eyni zamanda sanksiyalar, hərbi təhdidlər və suveren dövlətlərin bombalanması siyasətini yürüdür.