:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Rusiya Dövlət Duması “Xəzərin hüquqi statusu haqda” Konvensiyanı təsdiq edib

Font

Rusiya Dövlət Duması "Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanı təsdiqləyib. 

TASS verdiyi xəbərə görə, "Xəzər dənizinin hüquqi statusu haqqında" Konvensiya Dövlət Dumasının bugünkü iclasında ratifikasiya edilib.

"Xəzər dənizi mühüm geosiyasi, ticarət, iqtisadi və strateji əhəmiyyətə, unikal ekoloji sistemə malikdir. O Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanı özünəməxsus mövqeyi ilə birləşdirir”, - deyə Dövlət Dumasının sədri Vyaçeslav Volodin jurnalistlərə bildirib. 

Onun sözlərinə görə, konvensiyanın imzalanması iştirakçı ölkələrin diplomatiya və dostluq münasibətlərinin əhəmiyyətli bir nailiyyətidir. 

Qeyd edək ki, uzun sürən danışıqlardan sonra ötən ilin avqustunda Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlət başçılarının V Zirvə toplantısında "Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanıb. Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani, Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıblar. 

Xatırladaq ki, bu ilin fevral ayında Azərbaycan Milli Məclisi "Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanı təsdiq edib.