:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Zelenski Rusiya ilə əsir və girovların mübadiləsi üçün yeni siyahının hazırlandığını bildirib

Font

Ukrayna Prezidenti Vladimir Zelenski əsir və girovların mübadiləsinin növbəti mərhələsi üçün siyahının hazırlandığını bildirib.

"RİA Novosti" verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezidenti Kiyevdə keçirilən "YES” forumunda çıxışı zamanı bildirib.

"Doğrusu, biz indi yeni siyahını hazırlayırıq və növbəti mərhələni gözləyirik”, - deyə o bildirib.

Vladimir Zelenski qeyd edib ki, bu məsələ həm Ukrayna münaqişəsi ilə bağlı Təmas Qrupunun Minskdə keçiriləcək iclasında, həm də "Normandiya Dördlüyü” (Fransa, Ukrayna, Almaniya və Rusiya) dövlət başçılarının görüşündə müzakirə olunacaq.

Xatırladaq ki, sentyabrın 7-də Rusiya və Ukrayna arasında əsir və girovların mübadiləsi çərçivəsində "35-ə 35" formatına uyğun olaraq ümumilikdə 70 nəfər sərbəst buraxılıb. Bunların arasında Kerç boğazında saxlanılan ukraynalı gəmiçilər, eyni zamanda, ukraynalı rejissor Oleq Sentsov da var.