:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Sevinc Abbasovaya qarşı 100 min manatlıq mülki iddia qaldırılıb

Font

Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəməsi başlayıb.

Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Zərərçəkən Elina Hacıyevanın nümayəndələri vəsatət verərək istintaqın gedişində kobud qanun pozuntularına yol verildiyi üçün işin yenidə istintaqa qaytarılmasını istəyiblər. Onlar bildiriblər ki, istintaqda Elinanı müayinə edən həkimlər barəsində heç bir araşdırma aparılmayıb. Hakim vəsatəti təmin etməyib.

Vəkillər daha sonra direktor barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilərək həbslə əvəz olunması ilə bağlı vəsatət qaldırıblar. Məhkəmə bu vəsatəti də təmin etməyib.

Daha sonra Elina Hacıyevanın nümayəndələri dəymiş mənəvi zərərə görə, həm Təhsil Nazirliyi, həm də S.Abbasovaya qarşı 100 min manatlıq mülki iddia qaldırıb. Vəsatət məhkəmənin icraatına qəbul edilib.

Məhkəmə baxışı sentyabrın 18-ə təyin edilib.