:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Rusiya ilə Gürcüstan arasında ikitərəfli format davam etdiriləcək

Font

"Karasin-Abaşidze formatı kimi tanınan Rusiya ilə Gürcüstan arasında ikitərəfli format davam etdiriləcək”.

Bunu Gürcüstan Baş Nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze deyib.

Onun sözlərinə görə, hazırkı mərhələdə Rusiya tərəfini kimin təmsil edəcəyi məlum deyil.

Qeyd edək ki, ötən gün Rusiya Xarici İşlər nazirinin müavini - stats-katib Qriqori Karasin Rusiya Prezidenti Vladimir Putinin sərəncamına əsasən, vəzifəsindən azad edilib.

Rusiya Prezidentinin digər sərəncamı ilə bu vəzifəyə Yevgeni İvanov təyin olunub.

Q. Karasin 2005-ci ildən bu vəzifəni tutub. O, Rusiya XİN-də MDB ölkələri ilə əlaqələri kurasiya edib.